Liftdə baş verən ölümə görə onlar işdən çıxarıldı
27 mart 2024 17:47 (UTC +04:00)

Liftdə baş verən ölümə görə onlar işdən çıxarıldı

"Lifttəmir" İstehsalat Birliyi Bakıda liftdə baş verən ölüm hadisəsinə münasibət bildirib.

Qurumdan Lent.az-a bildirilib ki, martın 26-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında baş vermiş hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb və hadisə komissiya tərəfindən araşdırılır.  

Məsələ ilə əlaqədar Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib, Bakımənzilavtomat ixtisaslaşdırılmış istehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar.

Hal-hazırda real vəziyyətin öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir.

# 3543
avatar

Oxşar yazılar

Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14