Məktəblərdə yoluxma halları olarsa, qapanma olacaq? - RƏSMİ CAVAB
07 sentyabr 2021 14:37 (UTC +04:00)

Məktəblərdə yoluxma halları olarsa, qapanma olacaq? - RƏSMİ CAVAB

“Ənənəvi təhsilə qayıtmaq o demək deyil ki, pandemiya bitib".

Lent.az məlumat verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, vaksinlənmə faizləri artdıqca vəziyyət yaxşıya doğru dəyişməlidir:

"Məktəblərdə yoluxma halları baş verəcəksə, məktəblər üzərindən həmin yerlərə uyğun qərar veriləcək. Bir şagird yoluxubsa, buna əsasən sistem üzərindən ümumi qapanmaya ehtiyac yoxdur.

Hansısa məktəblərdə və ya ali təhsil müəssisələrində yoluxma sayı arta bilər və indiki vəziyyətdə bu qaçılmazdır. Belə olan halda isə məhdud qapanmalara getməyə məcbur ola bilərik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4044

Oxşar yazılar