Qar yağacaq, yollar buz bağlayacaq -  XƏBƏRDALIQ
28 yanvar 2023 14:55 (UTC +04:00)

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDALIQ

Yanvarın 29-u qərb rayonlarından başlayaraq fevralın 1-dək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, 30-u gündüz yağıntılarda fasilə olacaq.

Bildirilib ki, dağlıq rayonlarda yollar buz bağlayacaq.

# 3303
avatar

Oxşar yazılar