Qəzada həlak olan hərbçi Tovuzda dəfn edildi - FOTO
14 sentyabr 2023 13:53 (UTC +04:00)

Qəzada həlak olan hərbçi Tovuzda dəfn edildi - FOTO

Ötən gün hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nihad Namazov Tovuzda dəfn edilib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, 2005-ci il təvəllüdlü əsgər Nihad Namazovun nəşi doğulduğu Qovlar şəhərinə, yaşadığı evə gətirilib. Vida mərasimindən sonra şəhid hərbçi Qovlar şəhər qəbiristanlığında dəfn olunub.

Mərasimdə hərbiçilər, İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, qəza nəticəsində həyatlarını itirən Azərbaycan Ordusunun hər 3 hərbi qulluqçusuna şəhidlik statusu veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3285

Oxşar yazılar