Sabah Bakının bu ərazilərində qaz kəsiləcək
30 aprel 2025 21:26 (UTC +04:00)

Sabah Bakının bu ərazilərində qaz kəsiləcək

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar mayın 1-i saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

Rayonunun Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin, Maştağa qəsəbəsi Daş karxanasının, Ramanı qəsəbəsinin, Sabunçu qəsəbəsinin, Yeni Ramanı, Bünyadzadə, Tağıyev, Deputat, Yeni Zaman küçələrinin, Bakıxanov qəsəbəsinin M.Fətəliyev, Sülh, E.Xəlilov, S.Cabbarov, Ş.Kamilov, Hacınski küçələrinin və Suraxanı rayonu ərazisində Deputatski küçəsinin, Ramanı 2-ci sahənin, Şuşa qaçqın şəhərciyinin, Ramanı qəsəbəsinin C.Cabbarlı, Ə.Haqverdiyev, V.Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1220

Oxşar yazılar