Sabah bu rayonlara  dolu yağacaq   - HAVA PROQNOZU
14 sentyabr 2023 12:20 (UTC +04:00)

Sabah bu rayonlara dolu yağacaq - HAVA PROQNOZU


Sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.

# 12771
avatar

Oxşar yazılar