Sentyabrın 18-də Ay tutulacaq
17 sentyabr 2024 15:13 (UTC +04:00)

Sentyabrın 18-də Ay tutulacaq

Sentyabrın 18-i səhər qismən Ay tutulması görünəcək. 

Lent.az bildirir ki, alimlərin məlumatına görə, kosmik hadisə Bakı vaxtı ilə saat 6:13-də başlayacaq və onun ən nəzərə çarpan hissəsi saat 6:44-ə düşəcək - bu zaman planetin öz peykinə saldığı kölgə pik həddə olacaq. Lakin səhər saatları və tutulmanın qismən olması səbəbindən Azərbaycanda böyük ehtimalla onu görə bilməyəcəklər. 

Xatırladaq ki, növbəti tam Ay tutulması 2025-ci il martın 14-də gözlənilir.

Aprelin 8-də ABŞ-da Günəş tutulması başlayıb. Müxbirlər bu qalaktik hadisənin görüntülərini paylaşıblar.

Martın 25-də bir anda iki mühüm astroloji hadisə baş verib: yarımqabari Ay tutulması və aprelin 8-də başa çatacaq tutulma dəhlizinin açılışı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5532
avatar

Oxşar yazılar