Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI
03 may 2024 10:55 (UTC +04:00)

Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib.

Elm və Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iclasda sertifikatlaşdırma prosesinin təşkili ilə bağlı müzakirələr aparılıb və test imtahanı mərhələsinin keçirilmə tarixlərinə dair qərar verilib.

Qərara əsasən, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.

Bildiririk ki, təkrar sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, keçənilki sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.

Cari ildə isə 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15492
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Azərbaycana qar yağdı - FAKTİKİ HAVA

Azərbaycana qar yağdı - FAKTİKİ HAVA

23 iyun 2024 , 09:53
Yer kürəsi  fəlakətli sürətlə   istiləşir: Dəhşətli nəticələr  barədə XƏBƏRDARLIQ

Yer kürəsi fəlakətli sürətlə istiləşir: Dəhşətli nəticələr barədə XƏBƏRDARLIQ

22 iyun 2024 , 18:31
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

22 iyun 2024 , 18:05
Gəlin toyda  araq içməyi   qadağan etdi: Böyük qalmaqala  səbəb oldu

Gəlin toyda araq içməyi qadağan etdi: Böyük qalmaqala səbəb oldu

22 iyun 2024 , 16:33
Bu rayonlara leysan yağır  - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

22 iyun 2024 , 15:10
Sabah çimərliklərə getmək olarmı?  - PROQNOZ

Sabah çimərliklərə getmək olarmı? - PROQNOZ

22 iyun 2024 , 14:46
Sabah da güclü leysan  yağacaq - HAVA PROQNOZU

Sabah da güclü leysan yağacaq - HAVA PROQNOZU

22 iyun 2024 , 13:36
12-ci dəfə ata  oldu

12-ci dəfə ata oldu

22 iyun 2024 , 13:26