Tanınmış aparıcı ilə taksi sürücüsü arasında QALMAQAL:  “Səninlə başqa yerdə danışacam”
24 yanvar 2023 18:40 (UTC +04:00)

Tanınmış aparıcı ilə taksi sürücüsü arasında QALMAQAL: “Səninlə başqa yerdə danışacam”

Tanınmış teleaparıcı Vüsalə Məmmədova taksi sürücüsü tərəfindən təhdid olunub.

Lent.az-ın məlumatına görə, bu barədə aparıcı özü məlumat yayıb.

Onun sözlərinə görə, taksi sürücüsünün ehtiyatsızlığı onun üçün böyük problem yarada bilərmiş.

“Şirkətin qarşısında saxlamağa yer ola-ola taksi "arxadan maşın gəlir, saxlaya bilmərəm" deyib, irəli sürdü. Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və "o qapı içəridən açılmır, sol qapıdan düşün" dedi...İki dəfə yoxladım, həqiqətən qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı...Bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım...Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, "bu işi neyləyək?" “Bolt”da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq eləmir... Mənə də deyir səninlə başqa yerdə danışacam”,- deyə aparıcı bildirib.

# 5529
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar