Türkiyədən Azərbaycana 438 nəfər təxliyə olundu
10 fevral 2023 22:19 (UTC +04:00)

Türkiyədən Azərbaycana 438 nəfər təxliyə olundu

0

Bu günə qədər 438 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.

Lent.az xəbər verir ki, bu, XİN-in Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşların təxliyəsi və həlak olmuş Azərbaycan Respublikası vətəndaşları barədə mətbuat məlumatında qeyd edilib.

Bildirilib ki, onlardan 58-i azyaşlı, 209 nəfər isə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdir. Təxliyə prosesi davam etməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2871

Oxşar yazılar