“Xalq Bankın” “Xalq Əmanəti” layihəsi davam edir - VİDEO
27 may 2023 14:26 (UTC +04:00)

“Xalq Bankın” “Xalq Əmanəti” layihəsi davam edir - VİDEO

Bakıda “Xalq” Bankın Əsas binasında Azərbaycan şairi, ictimai-siyasi xadim Hökumə Billuriyə həsr edilən tədbir keçirilib və şairin “Seçilmiş əsərləri” kitabı ictimaiyyətə təqdim olunub. Kitab “Xalq Əmanəti” layihəsi çərçivəsində ərsəyə gəlib. 

Təqdimat mərasimində şair və yazıçılar, tərcüməçilər, şərqşünaslar və digər sahələrdən olan ziyalılar iştirak edib. 

Nəşr natiqlər tərəfindən, “Xalq Əmanəti” layihəsi çərçivəsində milli irsin qorunmasında həyata keçirilən qiymətli işlərdən biri kimi qiymətləndirilib. 

Kitabda Hökumə Billurinin poetik yaradıcılığı və ömür yoluna işıq tutulub, oxuculara şairin demək olar bütün şeirlərinin toplandığı ən müfəssəl əsərləri təqdim edilir.

Nümunəvi şair-vətəndaş örnəyi olan Hökumə Billurinin şeirləri bədii-estetik məziyyətləri ilə XX əsrin ikinci yarısında milli şeirimizdə önəmli yer tutur.

Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi “Xalq” Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. 

Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədi daşıyır. Layihə çərçivəsində Azərbaycan, ingilis, rus dillərində çap olunan kitablar ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evlərinə, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına hədiyyə olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

Oxşar yazılar