Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ
30 aprel 2025 22:56 (UTC +04:00)

Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ

0

Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov 86 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov məlumat verib.

R.İsmayılov 1939-cu il martın 30-da Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.

O, 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayıb, onlarla bədii filmlə yanaşı, teatr tamaşalarının və bir neçə animasiya filminin quruluşçu rəssamı olub. "Xalq rəssamı" fəxri adına 2000-ci ildə layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2490

Oxşar yazılar