
“Laçın” Ticarət Mərkəzinin həbsdə olan sahibindən YENİ XƏBƏR
Bakıda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sunay Vəliyev barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəməyə gəlməyib. Bu səbəbdən proses iyunun 27-dək təxirə düşüb.
Qeyd edək ki, hadisə bu il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 1980-ci il təvəllüdlü S.Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. Daha sonra S.Vəliyev hadisə yerindən qaçıb. Faktla bağlı rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Xətai rayon Məhkəməsinin hökmü ilə S.Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin keçmiş sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.
Oxşar yazılar

Yaxın günlərdə arxadan vurulacaqsınız: 3 BÜRCƏ xəbərdarlıq
3 may 2025 , 18:30
Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı - YENİLƏNİB
3 may 2025 , 18:00
İnsanlar ölməzdən əvvəl üç şeyə peşman olurlar - tibb bacısının hekayəsi
3 may 2025 , 17:15
Yapon "Baba Vanqa"dan iyul ayında fəlakət XƏBƏRDARLIĞI
3 may 2025 , 16:00
Sabah 27 marşrutun hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
3 may 2025 , 14:21
Sabah leysan və sulu qar yağacaq - PROQNOZ
3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək davam edəcək?
3 may 2025 , 10:42