“Təhsil Nazirliyi xaricdə oxuyan tələbələrin ölkəyə qayıtdıqdan sonra 5 il Azərbaycanda dövlət sahəsində işləməsi üçün müqavilə bağlasın”.
Lent.az-ın məlumatına görə, YAP üzvü, deputat Aydın Mirzəzadə parlamentin bugünkü iclasında belə təklif irəli sürüb.
Deputat bildirib ki, bu gün xaricdə təhsil alan tələbələrin potensialından istifadə olunması ilə bağlı problemlər var. Onun sözlərinə görə, xaricdə ali təhsil alan gənclər ölkəyə qayıtdıqdan sonra dövlət müəssisələrində işləmək istəmirlər: “Bu problemi aradan qaldırmaq üçün təklif edirəm ki, təhsil nazirliyi bu gənclərlə 5 illik müqavilə imzalasın”.
A.Mirzəzadə deputat həmkarı Abel Məhərrəmovun bu problemlə bağlı qaldırdığı narahatlığı da bölüşdüyünü qeyd edib və məsələnin həlli üçün Təhsil Nazirliyini addım atmağa səsləyib.

“Nazirlik xaricdə təhsil alan gənclərlə 5 illik müqavilə imzalasın” – TƏKLİF
Oxşar yazılar

Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub - Baş Prokurorluq
2 iyul 2025 , 10:26
İnformasiya agentlikləri ilə bağlı YENİLİK
2 iyul 2025 , 10:24
Azərbaycanda xarici media - YENİ TƏLƏBLƏR
2 iyul 2025 , 10:18
Media Reyestrində olmadan fəaliyyət göstərənlər 5000 manatadək cərimələnəcək
2 iyul 2025 , 10:10
Azərbaycanda 3 nəfər zəhərlənmədən öldü
2 iyul 2025 , 09:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
2 iyul 2025 , 08:37
Bu BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02