Direktorların işə qəbulunun müsahibə mərhələsi başladı
21 avqust 2019 12:16 (UTC +04:00)

Direktorların işə qəbulunun müsahibə mərhələsi başladı

0

Avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.

Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Müvafiq keçid balını toplayan 120 namizəd müsahibə mərhələsinə dəvət edilib. Müsahibələr avqustun 23-dək davam edəcək.

Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

Qeyd edək ki, bu il iyulun 13-19-da dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilən direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1 643 nəfər iştirak edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 961

Oxşar yazılar