<b>Bakı metrosu yay qrafikinə keçir </b>- <span style="color:red;">YENİ QRAFİK
14 iyun 2016 12:32 (UTC +04:00)

Bakı metrosu yay qrafikinə keçir - YENİ QRAFİK

Bakı metrosu iyunun 22-dən yay qrafikinə keçir.

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, yeni qrafikə əsasən qatarların hərəkət cədvəli 24 cüt/saat qatarla olacaq. Belə ki, qış qrafikində bunlar 30 cüt/saat qatarla idi.

 

Yay qrafikinə keçəndən sonra Həzi Aslanov - 28 may stansiyaları arası interval pik saatlarda 2.5 dəqiqəda, qeyri-pik saatlarda isə 3 dəqiqə, 28 may-İçərişəhər, 28 may-Dərnəgül arası interval isə müvafiq olaraq 5-6 dəqiqə olacaq.

 

N.Paşayev bildirib ki, qeyri iş günlərində isə fərqli qrafik tətbiq ediləcək: “Əvvəl Həzi Aslanovdan 1 saatda 30 qatar çıxırdısa,  indi 24 qatar çıxacaq. Pik saatlarda qatar 2 dəqiqədən bir yola düşürdüsə, indi 2,5 dəqiqədən bir çıxacaq”.

 

"Həm qeyri-iş günlərində, həm də sərnişinin az olduğu səhər tezdən və gecə saatlarında metro fərqli qrafiklə işləyir” – deyə, mətbuat xidmətinin rəhbəri əlavə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar