“Magistrların və doktorantların hərbi xidmət keçməkdən azad edilməmələri bizi ölümə aparır”. Lent.az-ın məlumatına görə, bunu parlamentin bugünkü iclasında Bakı Dövlət Universitetinin (BDU) rektoru, deputat Abel Məhərrəmov deyib.
Azərbaycanda təhsilin zəif inkişaf etdiyi ilə bağlı deyilənlərlə razılaşmadığını bəyan edən BDU rektoru deyib ki, ölkədə təhsil də, elm də inkişaf edir: “Bəzən bunu elə adamlar deyir ki, heç onlar təhsil sahəsində çalışmırlar. Ona görə də xahiş edirəm, imkan verin, hərdən təhsil işçiləri də öz sözlərini desin. Danışanda da elə fikirlər ortaya qoyurlar, az qalır deyəsən ki, mənim düşüncələrim səhvdir. Halbuki o adamın özünün təhsildən xəbəri yoxdur”.
Deputat Azərbaycan universitetlərin dünya reytinq siyahısında geridə olmalarının əsas səbəblərindən birinin yataqxana ilə bağlı problemlərin olduğunu qeyd edib. O deyib ki, universitetlərin yataqxana problemləri çox ciddi xarakter daşıyır və dünya reytinq cədvəllərində də universitetlərimizin arxa sıralarda olmağına da bu tip problemlər səbəb olur.

BDU rektorundan sərt cavab: “İmkan verin biz də danışaq”
Oxşar yazılar

Azərbaycanda Polis günüdür
2 iyul 2025 , 11:07
Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub - Baş Prokurorluq
2 iyul 2025 , 10:26
İnformasiya agentlikləri ilə bağlı YENİLİK
2 iyul 2025 , 10:24
Azərbaycanda xarici media - YENİ TƏLƏBLƏR
2 iyul 2025 , 10:18
Media Reyestrində olmadan fəaliyyət göstərənlər 5000 manatadək cərimələnəcək
2 iyul 2025 , 10:10
Azərbaycanda 3 nəfər zəhərlənmədən öldü
2 iyul 2025 , 09:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
2 iyul 2025 , 08:37