
Bakıdan ən çox sərnişin hara daşınır? - Avtovağzaldan CAVAB
2019-cu ilin iyun ayı ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) ümumilikdə 10 915 reyslə 287 585 sərnişin daşınıb.
Bu barədə Lent.az-a BBAK-ın mətbuat katibi Pərvin Məmmədova məlumat verib. O bildirib ki, iyun ayı ərzində 260 000 sərnişin şəhərlərarası istiqamətlərə, 27 585 sərnişin isə Beynəlxalq reyslərlə yola düşüb:
"Şəhərlərarası istiqamətlərdə ən çox sərnişin axını Gəncə, Qırmızı Körpü, Xaçmaz, Quba , Qusar, Mingəçevir, Şəki şəhərlərinə olub.
Beynəlxalq reyslərdə isə Marneuli, İstanbul, Tbilisi, Naxçıvan şəhərlərinə gedənlərin sayı üstünlük təşkil edir".
P.Məmmədova əlavə edib ki, qabaqcadan satış kassalarından və “Onlayn” qaydada bilet alanların sayı 15 000-dən çoxdur:
"Sərnişin sayından asılı olaraq bölgələrə və beynəlxalq reyslərə avtobus sayı artırılıb. Ötən ilin iyun ayı ilə müqayisədə isə Beynəlxalq reyslərlə səfər edənlərin sayında artım müşahidə olunur".
Oxşar yazılar

May bu BÜRCLƏRƏ yaşıl işıq yandırır: Kimlər siyahıdadır?
5 may 2025 , 00:02
DİQQƏT: Bu yolda sürət həddi endirildi
4 may 2025 , 23:08
May ayında böyük qazanc əldə edəcək beş BÜRC
4 may 2025 , 19:54
Siqaret çəkənlərin NƏZƏRİNƏ: Bu 6 məhsuldan istifadə vacibdir
4 may 2025 , 17:37
Pul cəlb etmək üçün: 4 güclü qaraçı ritualı
4 may 2025 , 17:05
Bakıya güclü yağış yağacaq - XƏBƏRDARLIQ
4 may 2025 , 13:37
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
4 may 2025 , 13:18