Orta məktəb dərslikləri çap edən nəşriyyatlar vergidən azad olunub.
Lent.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bugünkü sessiyasında qərar qəbul edilib.
Bu məsələ Vergi Məcəlləsində dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsində əks olunub.
Dəyişikliyə görə, bundan sonra orta məktəb dərslikləri, uşaq ədəbiyyatı və büdcədən maliyyələşdirilən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlət əhəmiyyətli nəşrlərin istehsalı ilə məşğul olan redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti vergidən azad olunacaq.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputatlardan Fazil Mustafa və Sabir Rüstəmxanlı digər kitabların da vergidən azad edilməsi ilə məsələ qaldırıblar.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Sessiyada eyni zamanda “İcra haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib.

Dərsliklər və uşaq ədəbiyyatı vergidən azad edildi
Oxşar yazılar

Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26