
Məktəbli 4 yaşlı qızı seldən qurtardı: icra başçısı MÜKAFATLANDIRDI
“VI sinif şagirdi Dəyanət İsrafilov 4 yaşlı Qızbikəni sel sularından xilas edib”.
Lent.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
O bildirib ki, çayda batan 3 yaşlı Yusifi isə xilas etmək mümkün olmayıb:
“Şəkildə gördüyünüz bu oğlanın adı Qubanın Cimi kənd orta məktəbinin VI sinif şagirdi İsrafilov Dəyanətdir. Dəyanət həmkəndlisi, 4 yaşlı Qızbikəni sel sularından xilas edib. Çayda batan 3 yaşlı Yusifi isə xilas etmək mümkün olmayıb.
Dəyanəti Quba Rayon İcra Hakimiyyətinin başçısı qəbul edib və ona Milli qəhrəman Mübariz İbrahimovun portretini hədiyyə edib.
Əhsən!”.
Oxşar yazılar

Yaxın illərdə güclü maqnit qasırğaları gözlənilir - XƏBƏRDARLIQ
2 avqust 2025 , 21:15
Bu ölkəyə güclü qar yağdı, uşaqlar qartopu oynadılar
2 avqust 2025 , 19:22
Sabah hava bu insanlar üçün çox təhlükəli olacaq
2 avqust 2025 , 19:09
Astroloqlardan avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
2 avqust 2025 , 18:47
"Geri qayıtmaq istəmirdim": Klinik ölüm yaşayan kişinin təəccüblü HEKAYƏSİ
2 avqust 2025 , 18:25
Yekaterinburqda Azərbaycan bazarı söküldü - FOTOLENT
2 avqust 2025 , 17:34