Milli Təhlükəsizlik orqanı əməkdaşları üçün bu orqanın 95 illiyində yubiley medalı veriləcək.
Lent.az-ın məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin bugünkü sessiyasında səsverməyə çıxarılaraq qəbul edilib.
Milli Məclisin hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsini deputatlara təqdim edib. O bildirib ki, belə bir medalla bağlı dəyişikliyə ehtiyac var. O, deputatları qanun layihəsinə səs verməyə çağırıb.
Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Eyni zamanda, Milli Məclisin bugünkü sessiyasında “İctimai iştirakçılıq haqqında” qanun layihəsi və “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya düzəlişlərin edilməsi haqqında qanun layihəsi də təsdiq olunub.

MTN işçilərinə yubiley medalı veriləcək
Oxşar yazılar

Azərbaycanda 3 nəfər zəhərlənmədən öldü
2 iyul 2025 , 09:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
2 iyul 2025 , 08:37
Bu BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07