<span style="color:red;">Nazir : "Peşə təhsili sisteminin özəl sektorla əməkdaşlığı dərinləşəcək"
27 dekabr 2016 11:25 (UTC +04:00)

Nazir: "Peşə təhsili sisteminin özəl sektorla əməkdaşlığı dərinləşəcək"

 

“Nüfuzlu peşəyə sahib olmağın yolu yalnız universitet bitirmək deyil. Peşə təhsili ancaq akademik nailiyyətləri zəif olan uşaqların aqibəti kimi təqdim edilir. Keyfiyyətli peşə təhsili ilə də nüfuzlu peşəyə sahib olmaq mümkündür.”.

 

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Tv-nin “Media ilə üz-üzə” verilişinə müsahibəsində deyib.

 

M.Cabbarovun sözlərinə görə, Azərbaycanın peşə təhsil sistemində birinci problem maddi-texniki bazanın zəifliyidir: “ Bunun da obyektiv səbəbi var. Belə ki, məcburi köçkün və qaçqınların əksəriyyəti ölkə üzrə peşə təhsil müəssisələrində yerləşdirilib. İkinci problem odur ki, peşə təhsil sistemində yalnız fənn müəllimlərinin olmağı kifayət deyil. Onlar əmək bazarında zəruri olan  bilik və bacarıqlara malikdir  və həmin şəxslərin təxminən 20 il ərzində sistemdə təlimçi kimi qalması qeyri-mümkündür. Bütün bu prinsipləri nəzərə alaraq peşə təhsil sistemini real bazar iqtisadiyyatına uyğun olaraq yenidən qururuq”.

 

Peşə təhsili sistemində özəl sektorla əməkdaşlığın dərinləşəcəyini vurğulayan nazir deyib ki,  ümumi peşə təhsili sisteminin, peşə təliminin təşkilində özəl sektor həllin bir hissəsidir: “ Amma bu da 100 % həll deyil. Bundan başqa dövlət tərəfindən resurs mərkəzlərinin yaradılması, müasir peşə təhsil sisteminin yaradılması ilə yeni təlimçilərin, xarici mütəxəssislərin də  cəlb edilməsi zəruridir. Bir neçə aydan sonra Qəbələdə yerləşən kənd təsərrüfatı ixtisaslarını nəzərdə tutan müasir peşə təhsil məktəbinin açılışı nəzərdə tutulur. Bundan başqa, Koreya hökumətinin dəstəyi ilə müasir ixtisaslar; maşınqayırma, avtomatika sahələri üzrə peşə təliminin təşkili planlaşdırılır. Koreya hökumətinin Azərbaycan hökumətinə krediti hesabına həm məktəbin tikintisi, həm də bu sahədə fəaliyyət göstərən aparıcı Koreya şirkətlərinin iştirakı ilə peşə təliminin təşkili layihəsi nəzərdə tutulur”.

 

Nazir qeyd edib ki, peşə təhsilində aparılan islahatlar çərçivəsində mövcud olan peşə müəssisələrində əhəmiyyətli optimallaşdırma işləri keçirilib: “ Gəncədə 6 müəssisə yerinə 2 müəssisə yaradılıb. Onları böyütmüşük, maddi-texniki  bazasını sinxronlaşdırmışıq. Bakıda da  anoloji şəkildə 26 müəssisənin optimallaşdırılması nəticəsində daha az sayda, amma daha geniş imkanlara malik olan peşə mərkəzləri yaradılıb. Bundan başqa, bu il peşə təhsilinə marağın artdığını müşahidə etdik. Peşə təhsilinə marağın keyfiyyətcə artımını nümayiş etdirən bir amil var ki, bu il ilk dəfə Təhsil Nazirliyinin təşəbbüsü ilə peşə təhsilinə qəbulu Asan Xidmətlə birgə həyata keçirdik. Bu, ancaq Bakı və Gəncəni  əhatə edirdi. 4 mindən çox adam peşə təhsilinə qəbul olundu. Bu şagirdlərin əksəriyyətinin orta attestat qiymətləri dörddən yuxarı idi.  Demək ki, əmək bazarında nüfuzlu peşəyə nail olmağın yolu təkcə ali təhsil müəssisəsini bitirməklə deyil”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251

Oxşar yazılar