
Nazirlik Qubadakı ailəyə köməklik göstərdi
Bir qədər əvvəl yerli mediada Quba rayonunda baş verən ağır ailə dramı barədə yayılan məlumatla əlaqədar həmin ailəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq köməklik göstərilib.
Lent.az-a bu barədə nazirliyin mətbuat katibi Fazil Talıbov məlumat verib. O bildirib ki, ailəyə təyin olunan ünvanlı dövlət sosial yardımı öz ailəsinə qarşı qatı cinayət törətməsi səbəbindən hazırda həbsdə olan “ailə başçısı”nın adına olub:
“Ailənin xanımının istəyi nəzərə alınmaqla, həmin yardımın istiqaməti dəyişdirilib. Yəni o, ailəni təmsil edən şəxs qismində sosial yardımı almaq üçün elektron qaydada müraciət etdikdən sonra ailəyə 01.05.2019-cu il tarixindən aylıq 338,43 manat məbləğində sosial yardım (ailənin xanımın adına) təyin olunub.
Həmin ailə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən himayəyə götürülərək, ailənin azyaşlı uşaqlarının itirilmiş sənədlərinin bərpasına da köməklik göstərilib”.
Oxşar yazılar

Dəfn zamanı ölənin alnından öpmək təhlükəlidir – XƏBƏRDARLIQ
2 avqust 2025 , 14:25Sabah çimərliklərdə suyun temperaturu çox yüksək olacaq - PROQNOZ
2 avqust 2025 , 13:23
Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
2 avqust 2025 , 12:05
Yer üzündə gün qısaldı: ciddi nəticələr barədə XƏBƏRDARLIQ
2 avqust 2025 , 11:11
Bakıda hazırda 38 dərəcə isti var - FAKTİKİ HAVA
2 avqust 2025 , 11:02
Avqust bu BÜRCLƏRƏ sərvət və uğur gətirəcək: siyahıda kimlər var?
2 avqust 2025 , 09:09
Avqustda işdə şanslı olacaq BÜRCLƏR
2 avqust 2025 , 00:02