“İnternatda böyüyən gənclərimizin ev şəraiti ilə təmin olunması üçün hökumət müəyyən addımlar atmalıdır”.
Lent. az-ın məlumatına görə, bu barədə Milli Məclisin bugünkü iclasında deputat Jalə Əliyevə təkliflə çıxış edib.
O bildirib ki, cəmiyyətin ağrılı təbəqəsi olan bu gənclərin rahat həyat yaşaması çox əhəmiyyətli məsələdir: “Nəticədə hamımız valideynik və həmin uşaqlarda bizim öz övladlarımız kimi bu vətənin bir parçasıdırlar”.
Deputat onu da qeyd edib ki, indiyə qədər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi ilə internatlarda böyüyən gənc qızlar üçün evlər tikilib və həmin evlərdə o qəbildən olan qızların bir hissəsi rahat şəkildə yaşayırlar: “Ancaq hesab edirəm ki, bu məsələyə hökumət də diqqət ayırmalıdır”.