Asim Mollazadə: “Səhiyyə sahəsinə ayrılan vəsaitin səmərəsi görülmür”
“Hər il dövlət büdcəsindən səhiyyə sahəsinə yüz minlərlə manat vəsait ayrılır. Lakin yenə də insan amili öz işini görür və kifayət qədər peşəkar mütəxəssislərin olmadığına, həkimlərin öz işlərini məsuliyyətlə yerinə yetirmədiyinə görə Azərbaycan vətəndaşları sağlamlığını İranda və ya digər ölkələrdə axtarır ”.
Lent. az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında çıxışı zamanı Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.
O bildirib ki, İran viza tətbiq edəndən sonra minlərlə vətəndaşımız məhz bu səbəbdən gecəni səfirliyin önündə keçirmişdi: “Bu sahədə köklü dəyişikliklər olmalıdır. Hər il büdcəyə yüz minlərlə manat tibbi sığorta xərcləri verilir, lakin bu sistem mif kimi qalıb və indiyə qədər işləmir. Səhiyyə sistemində ciddi islahatlar olmasa, biz vətəndaşlarımızın sağlamlıqları üçün xaricə getməsinin qarşısını ala bilməyəcəyik”.
Deputat qeyd edib ki, dövlət bu sahəyə müvafiq şəkildə kifayət qədər maliyyə ayırsa da, bu vəsaitlərin səmərəsi görülmür.

Partiya sədri parlamentdə Səhiyyə Nazirliyini günahlandırdı
Oxşar yazılar

Azərbaycanda Polis günüdür
2 iyul 2025 , 11:07
Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub - Baş Prokurorluq
2 iyul 2025 , 10:26
İnformasiya agentlikləri ilə bağlı YENİLİK
2 iyul 2025 , 10:24
Azərbaycanda xarici media - YENİ TƏLƏBLƏR
2 iyul 2025 , 10:18
Media Reyestrində olmadan fəaliyyət göstərənlər 5000 manatadək cərimələnəcək
2 iyul 2025 , 10:10
Azərbaycanda 3 nəfər zəhərlənmədən öldü
2 iyul 2025 , 09:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
2 iyul 2025 , 08:37