
Sosial ev almaq istəyənlər üçün YENİ XƏBƏR
Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə iyunun 19-dan “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasını istifadəyə verib.
Bu barədə Lent.az-a MİDA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müvafiq xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasındamənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır. “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçimininsınaq versiyasından istifadə edə bilərlər.
Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası 10 iyul 2019-cu il tarixi saat 00:00-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.
“Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən həm satış modulunun, həm də gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.
Diqqət: Sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.
Vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.
Oxşar yazılar

Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
4 may 2025 , 13:18
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Sabahın HAVASI
4 may 2025 , 12:16
Əvəz Zeynallı müalicə üçün Ankaraya getdi
4 may 2025 , 11:48
Oğul anasının ölümündən sonra lotereya bileti tapdı: Möhtəşəm məbləğ qazandı
4 may 2025 , 11:46
İnsan sidiyindən pivə? Hamını şoka salacaq
4 may 2025 , 11:14
Bu rayonlara leysan yağdı - GÜNÜN HAVASI
4 may 2025 , 10:25
Üç BÜRCÜN qara günləri başlayacaq
4 may 2025 , 09:09