"Xocəsən" metrostansiyasına yeni marşrutlar işləyəcək
10 fevral 2023 17:21 (UTC +04:00)

"Xocəsən" metrostansiyasına yeni marşrutlar işləyəcək

0

Bakıda yeni marşrut xətti istifadəyə verilir.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu Xocəsən qəsəbəsində Şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivi və qəsəbə sakinləri “Xocəsən” metro stansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciət ediblər. Buna görə də, müraciətlər nəzərə alınaraq 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib.

Qeyd edək ki, yeni müntəzəm marşrut xətti üzrə avtobuslar fevralın 13-dən fəaliyyət göstərəcək və xətt üzrə daşımalar “Bus Trans” MMC tərəfindən icra ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6729

Oxşar yazılar