Bolqar bibəri sağlamlıq üçün çox faydalı tərəvəzlərdən biridir. Lakin onun rəngləri arasında mühüm fərqlər var. Yaşıl, sarı, narıncı və qırmızı bolqar bibərləri nəinki görünüş, həm də qida dəyəri baxımından fərqlənir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ən faydalısını seçmək üçün bu fərqləri bilmək vacibdir.
Yaşıl bolqar bibəri
Onun dadı bir qədər acı və otvari olur. Tərkibində ən çox lif, ən az şəkər və antioksidant var. Bu səbəbdən bəziləri üçün həzmi bir qədər çətin ola bilər. Divarları sərt olduğu üçün bişirildikdə orqanizm tərəfindən daha asan həzm olunur.
Sarı və narıncı bolqar bibəri
Bu rənglər bibərin yetişmə mərhələsinin ortasına düşür. Onlar yaşıl bibərə nisbətən daha şirin, qırmızıya nisbətən isə daha az vitaminli olurlar. Sarı bibərdə zeaksantin və lutein var.
Bunlar göz sağlamlığı üçün çox vacibdir. Narıncı bibərdə isə beta-kriptoksantin adlı antioksidant olur ki, bu da dəri və hüceyrə qorunması üçün əhəmiyyətlidir.
Qırmızı bolqar bibəri – ən faydalısı
Tam yetişmiş olduğuna görə ən şirin və ən zəngin qida maddəsi tərkibinə malikdir. Onun tərkibind vitamin C (immunitetin gücləndirilməsi üçün) və vitamin A (göz və dəri sağlamlığı üçün) var.
Likopin güclü antioksidantdır, xərçəng və prostat xəstəliklərindən qoruyur. Üstəlik, qırmızı bolqar bibərləri daha uzunmüddət saxlanıla bilir, bu da onları həm faydalı, həm də praktik edir.
Əgər ən faydalı bolqar bibərini seçmək istəyirsinizsə, qırmızı rəngli olanları üstün tutun. Göz və dəri üçün sarı və narıncı, liflə zəngin və az şəkərli seçim üçün isə yaşıl bibər daha uyğundur. Hər rəngin öz üstünlüyü var, amma qırmızı bolqar bibəri qida baxımından lider sayılır.