Yataqxanadakı partlayışda xəsarət alanların SON DURUMU
10 may 2023 10:56 (UTC +04:00)

Yataqxanadakı partlayışda xəsarət alanların SON DURUMU

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerinə cəlb edilib.

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 5 nəfər (3-ü kişi cinsi, 2-si qadın cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar. Onlara ilkin tibbi yardım göstərilib, zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Eyni zamanda yanıq xəsarətləri ilə 2 nəfər (1-i kişi cinsi, 1-i qadın cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinin Reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır olaraq qiymətləndirilir.

# 2076
avatar

Fidan İlqar

Oxşar yazılar