“Daşınmaz əmlak bazarında ay ərzində qiymətlər stabil qalıb”.
Bu sözləri Lent.az-a açıqlamasında MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, ancaq ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə 8,42 faiz artım olub:
“Təkrar mənzil bazarında qiymətlər ay ərzində 2,95, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,73 faiz azalma var.
İlkin mənzil bazarında isə əksinə olaraq ay ərzində qiymətlərdə 1,93, ötən ilin eyni dövrü ilə müqayisədə 12,18 faiz artım qeydə alınıb”.
N.İbrahimov əlavə edib ki, kirayə mənzil bazarında qiymətlər ay ərzində 0,36, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,47 faiz artıb:
“Yeni tədris ili ilə əlaqədar kirayə mənzil bazarında aktivlik müşahidə olunur. Ancaq artımın bahalaşmaya səbəb olacağına inanmıram. Çünki qiymətlər artıq qırmızı xətt üzərindədir”.