Bill Qeyts ən rahat smartfonu AÇIQLADI
22 may 2022 13:41 (UTC +04:00)

Bill Qeyts ən rahat smartfonu AÇIQLADI

“Microsoft”un yaradıcısı Bill Qeyts bildirib ki, o, özünün istifadə etdiyi “Samsung Galaxy Z Fold 3” smartfonunu ən rahat hesab edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “AndroidAuthority” portalı məlumat yayıb.

“Mənim Android smartfonum var - bu, “Galaxy Z Fold 3”dür. Müxtəlif cihazları sınamışam. Bu, həm mənim əla portativ kompüterimi, həm də telefonumu əvəz edir”, - Qeyts vurğulayıb.

Portalın məlumatına görə, “Samsung” və “Microsof”t bir-biri ilə çoxdan əməkdaşlıq edirlər-“Samsung” smartfonlarında Geyts şirkətinin bir çox xidmətləri quraşdırılıb.

Bundan əlavə, smartfonları “Windows” ilə sinxronlaşdırmağa imkan verən “Your Phone” servix xidməti da Galaxy” telefonları üçün bəzi eksklüziv xüsusiyyətlərə malikdir.

# 3540
avatar

Oxşar yazılar