Ən çox satılan   smartfon 
23 may 2022 09:05 (UTC +04:00)

Ən çox satılan smartfon 

“Apple”nin 3 cihazı dünyada ən çox satılan ilk 5 smartfon arasında yer alıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə IDC-nin analitiki Fransisko Ceronimo öz “Twitter” səhifəsində məlumat verib.

Ceronimo IDC-nin 2022-ci ilin birinci rübü üçün aktual hesabatına istinad edib. Mütəxəssis bazarda ən populyar cihazın adını çəkib - onun iPhone 13 olduğu ortaya çıxıb.

İkinci yeri iPhone 13 Pro Max, üçüncü yeri isə Samsung Galaxy A12 tutur. İlk beşliyə iPhone 13 Pro və Samsung Galaxy A32 də daxil olub.

Analitik onu da qeyd edib ki, “Apple” şirkətinin “iPhone 13” seriyasından əldə etdiyi gəlir 42 milyard dollar təşkil edib ki, bu da şirkətin ümumi smartfon satışından gəlirinin 84 faizindən çoxunu təşkil edir.

“Samsung” isə aşağı qiymətli cihazlar seqmentində liderdir. Galaxy A12 və A32 kimi cihazlar şirkət üçün təxminən 3,6 milyard dollar gəlir gətirib.
 

# 3282
avatar

Oxşar yazılar