Eyfel qülləsini İLDIRIM   vurdu
21 iyun 2022 21:36 (UTC +04:00)

Eyfel qülləsini İLDIRIM vurdu

0

Ötən gecə Parisdəki məşhur Eyfel qülləsini ildırım vurub.

Lent.az xəbər verir ki, təhlükəli təbiət hadisəsi ortaya maraqlı görüntülərin çıxmasına səbəb olub.

Qüllənin rəsmi saytında göstərilir ki, 1889-cui ildə tikilərkən qülləyə 4 ildırımötürən qurğu yerləşdirilib. Qurğular Yerlə qalın mis kabellə əlaqələndirilib. Hər il qülləni orta hesabla 5 dəfə ildırım vursa da, indiyədək heç bir xoşağəlməz hal qeydə alınmayıb. 
Mühəndis Qustav Eyfel o zaman deyirdi ki, bütün evlərdəki kimi buradakı ildırımötürənin vəzifəsi gərginliyi Yerə ötürməkdir. 

Fransızlar zarafatla Eyfel qülləsini dünyanın ən hündür ildırımötürən qurğusu adlandırırlar. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10798

Oxşar yazılar