Fitness məşqçilərinə XƏBƏRDARLIQ : Ağıllı saatlardan uzaq olun!
01 mart 2023 12:13 (UTC +04:00)

Fitness məşqçilərinə XƏBƏRDARLIQ: Ağıllı saatlardan uzaq olun!

Yuta Universitetindən olan ABŞ komandası fitnes-trekerlərin, ağıllı saatların və digər sağlamlıq izləmə cihazlarının kardiostimulyatorlarla uyğun olmadığını müəyyən edib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bir sıra təcrübələr nəticəsində məlum olub ki, bəzi fitnes qurğularında bioimpedans sensorunda mövcud olan elektrik cərəyanı implantasiya edilmiş ürək cihazlarının işini pozur.

Bunun səbəbi bioimpedansın insanın yağ, əzələ, stress səviyyələri və tənəffüs dərəcəsinin nisbətlərini ölçmək üçün kiçik elektrik impulslarından istifadə etməsidir. Beləliklə, fitnes trekləri atılan addımların sayını, məsafəni, gündə yandırılan kaloriləri, ürək döyüntüsünü və qan təzyiqini müəyyən edə bilir.

Bununla belə, bu cihazların elektrik təsirləri CIED-in (Cardiac implantable electronic devices, cardiological implanted elektron cihazlar) fəaliyyətinə mane olan müdaxilələr yaradır.

# 2400
avatar

Fidan İlqar

Oxşar yazılar