"İPhone"lar üçün GİZLİ FUNKSİYA
10 iyun 2022 15:45 (UTC +04:00)

"İPhone"lar üçün GİZLİ FUNKSİYA

iOS 16 əməliyyat sisteminin beta versiyası artıq tərtibatçılar üçün aktivdir. Buna görə də 9to5mac saytının əməkdaşları sözügedən əməliyyat sisteminin daxilində hansısa gizli funksiyaların olub-olmadığını yoxlayıblar.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, iOS 16-nın kodunu analiz edəndən sonra onlar əməliyyat sisteminin təqdimatı zamanı barəsində məlumat verilməmiş bir yeni funksiyanı aşkar ediblər. "Apple" şirkətinin sözlərinə əsasən iOS 16-da istifadəçiləri bloklanmış ekran ilə bağlı yeni geniş imkanlar gözləyir. Belə ki, istifadəçilər bloklanmış ekranda əks olunan məlumatların şriftlərini, temaların tərzlərini dəyişə, bloklanmış ekrana vidjetlər əlavə edə və Apple Watch-un siferblatlarında olduğu kimi öz istəklərinə uyğun olaraq müxtəlif növ bloklanmış ekran dizaynını yarada bilərlər.

Beləliklə, iOS 16-nın kodunu analiz etmiş 9to5mac əməkdaşları ekran işıqlandırılmasının idarəsindən cavabdeh olan 3 framework aşkar ediblər. Onların hamısı iOS 16-da daimi aktiv ekran funksiyasının (Always on Display) olacağına işarə edirlər.

Qeyd edək ki, sözügedən funksiya artıq uzun zamandır ki, əksər Android smartfonlarda istifadə edilir.

"Always on Display" funksiyasının adı həmçinin bloklanmış ekranın və ana səhifənin idarəsindən cavabdeh olan Springboard adlı tətbiqdə də aşkar edilib.

Bundan əlavə, iOS 16-da elə gizli özəlliklər var ki, Apple mühəndisləri onların vasitəsilə hətta daimi aktiv ekran dəstəyinə sahib olmayan "iPhone" modellərində də "Always on Display" funksiyasını işə sala bilərlər. Son məlumatlara əsasən sözügedən funksiya iPhone 14 Pro modellərində istifafəyə veriləcək. 

# 3741
avatar

Oxşar yazılar