"Toshiba" şirkəti  satılır
27 mart 2023 15:38 (UTC +04:00)

"Toshiba" şirkəti satılır

Bir müddət əvvəl satılmaq qərarı verilən Yaponiya şirkəti "Toshiba" mümkün satışı üçün 10 potensial talibinin olduğunu və danışıqlara başladığını açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, özəl kapital firması "Japan Industrial Partners Toshiba"nı 15 milyard dollara alacaq.

Məlumata görə, "Japan  Industrial Partners Toshiba"nın rəhbərliyi üçün konsorsium təşkil edəcək və bu konsorsiumda əksəriyyəti Yaponiyada yerləşən ümumilikdə 20 şirkət iştirak edəcək.

Kapital şirkətinin "Toshiba"nı Yaponiya hökumətindən uzaqlaşdıraraq tamamilə özəl bir şirkətə çevirəcəyi də məlumatlar arasındadır. Bundan əlavə, satınalma prosesinin iyulun sonunda başlayacağı və bir neçə ay ərzində tamamlanacağı gözlənilir.

# 2199
avatar

Fidan İlqar

Oxşar yazılar