“Toyota”  koronavirusa görə   zavodlarını bağlayır
21 yanvar 2022 19:23 (UTC +04:00)

“Toyota” koronavirusa görə zavodlarını bağlayır

Yaponiyadakı “Toyota” zavodları koronavirusun yayılması səbəbindən yanvarın 21-dən 24-dək fəaliyyətini dayandıracaq.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, tədbir işçilər arasında yoluxmaların  artdığı aşkarlanan 11 müəssisədə 21 istehsal xəttinə şamil edəcək. Nəticədə, “Toyota” mikroelektronika təchizatı ilə bağlı problemlər səbəbindən artıq kəsirli olan istehsal planını azaltmalı olacaq: ekspertlərin fikrincə, yanvarda şirkət gözləniləndən 47 min az avtomobil istehsal edəcək.

Qrafikə əsasən, bu günlərdə Yaponiyadakı 14 “Toyota” istehsal meydançasından yalnız üçü işləyəcək. 

# 2109
avatar

Oxşar yazılar