“WhatsApp” yeni funksiyalarını  ELAN ETDİ
15 iyun 2022 10:51 (UTC +04:00)

“WhatsApp” yeni funksiyalarını ELAN ETDİ

Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp” bir neçə yeni funksiyalar üzərində işləyir.

Lent.az yeni funksiyaları təqdim edir:

Nəhayət, “WhatsApp”dan mesajların redaktə funksiyası gəlir. Şirkətin rəqibi “Telegram”da tez-tez istifadə edilən bu xüsusiyyətin BETA testləri başlayıb.

Yenilənməyə görə göndərilən mesajlar qısa müddətə dəyişdirilə bilər. Beləliklə, eyni mesajı yenidən göndərməyə ehtiyac qalmayacaq.

Mesajların redaktə funksiyası hazırda “Android”lərdə sınaqdan keçirilir. Lakin yaxın vaxtlarda iOS və masaüstü versiyalarında testlərin başlayacağı gözlənilir.

Qruplardan səssiz çıxmaq

“WhatsApp”da qruplar həyatları xilas etsə də, çox vaxt insanları arzuolunmaz söhbətlərə məruz qoyur. Qrupdan çıxmaq istəyəndə hamı bunu görür.

“WhatsApp”ın inkişaf etdirdiyi yeni funksiya ilə yalnız idarəçilərə qrupdan ayrıldıqlarını görməyə imkan verəcək. Admin olmayanlar isə sizin qrupdan ayrıldığınızı fərq etməyəcəklər.

Səsli zənglərdə iştirakçıların sayı

“WhatsApp” icmalarda yeniləmələrini ardıcıl olaraq yayır. Şirkətin son addımı qrup zənglərində iştirakçıların sayını artırmaq olub.

Artıq 32 nəfər “WhatsApp”da qrup zənglərinə qoşula bilər.

Stiker təklifi

Tətbiqə gələn digər bir xüsusiyyət isə istifadəçilərin mesajlaşarkən söhbətin mətninə uyğun stiker təklifləri ala bilməsi idi. Belə ki, insanlar söhbətləri zamanı tövsiyə olunan stikeri seçməklə daha sürətli yaza biləcəklər.

Yönləndirilmiş mesajlarda sürətli oynatma

Həm müntəzəm, həm də yönləndirilmiş səsli mesajlar indi 1,5 və ya 2 dəfə daha sürətli oxuna bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4586

Oxşar yazılar

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48
Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

3 may 2025 , 14:45
İşlənmiş ən etibarlı  9 Kia avtomobili - SİYAHI

İşlənmiş ən etibarlı 9 Kia avtomobili - SİYAHI

3 may 2025 , 14:07
“Rolls-Royce Cullinan”   Dubay polisinə təhvil verildi

“Rolls-Royce Cullinan” Dubay polisinə təhvil verildi

3 may 2025 , 03:34
Robot insanlara belə hücum etdi - VİDEO

Robot insanlara belə hücum etdi - VİDEO

2 may 2025 , 21:34