"Youtube"da yeni REKORD:  10 milyard baxış...
16 yanvar 2022 00:18 (UTC +04:00)

"Youtube"da yeni REKORD: 10 milyard baxış...

“Youtube” sosial şəbəkəsinin ilk dəfə olaraq videolardan biri rekord göstəricidə baxış sayı yığa bilib.

Lent.az xəbər verir ki, indiyədək kimi heç bir video 10 milyard baxış göstəricisini əldə etməyib.

“Baby Shark” adlı mahnıya çəkilmiş video 2020-ci ilin noyabr ayında “Youtube” platformasının ən çox izlənilən videosu statusunu əldə etmişdi. İndi isə sözügedən video daha bir rekorda imza atıb.

Hazırda videonun baxış sayı 10.007.771.023-dır.

Qeyd etmək lazımdır ki, “Youtube”un ən çox baxış sayına sahib videolar reytinqində ikinci yeri hələ də məşhur “Despacito” mahnısı tutur. Reytinqin üçüncü pilləsini uşaqlar üçün nəzərdə tutulmuş daha bir mahnı tutur. Söhbət, “Johny Johny Yes Papa” mahnısından gedir. Bir vaxtlar məşhur olmuş “Gangnam Style” mahnısının klipi reytinqin ilk onluğundan çıxaraq 11-ci yeri tutur. Onun baxış sayı isə 4.31 milyard təşkil edir./technote.az

# 3585
avatar

Oxşar yazılar