20 il əvvəlki sunami belə başlayıb - VİDEOSU yayıldı
18 iyun 2024 14:10 (UTC +04:00)

20 il əvvəlki sunami belə başlayıb - VİDEOSU yayıldı

Taylandın Koh Nqay adasında tətilini lentə alan bir qrup turist qəfil Hind okeanında dalğaların artmağa başladığını görüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, məlum olub ki, bunlar bəşər tarixindəki ən dağıdıcı sunamilərdən birinin ilk əlamətləri imiş.

26 dekabr 2004-cü ildə səyahətçilər gözlənilən fəlakətdən - səhər saat 7:59-da baş verən 9,1 bal gücündə zəlzələnin yaratdığı sunamidən xəbərsiz olaraq kurortda bir gözəl günə başlayıblar.

Britaniyalı operator Julian Hadden tərəfindən yayımlanan videoda istirahət edənlərin “cənnətdə” qaldıqları barədə sevinclə danışdıqları eşidilir. Lakin onların gözəllikdən həzz almağa vaxtları olmayıb.

Qəfil ilk ölümcül dalğa bir qrup turisti vurub. Səsyazmada kiminsə qayıqdakı insanlara qışqırması eşidilir: “Nəsə səhvdir, oradan çıxın”.

Daha sonra YouTube-da şərhlərdə Hadden videodakı hər kəsin zəlzələnin episentri ilə üzbəüz adanın tərəfində olduqları üçün sağ qaldığını bildirib.

Qeyd edək ki, 2004-cü ildə baş vermiş sunami 220 mindən çox insanın həyatına son qoyub və Cənub-Şərqi Asiyanın bir neçə ölkəsini viran qoyub. Tayland, Şri-Lanka və İndoneziya 100 fut hündürlüyünə çatan dalğalardan ən çox zərər çəkən ölkələr olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4689

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15
Bulvarda kişi dənizə düşdü - VİDEO

Bulvarda kişi dənizə düşdü - VİDEO

13 iyun 2025 , 17:22
Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

13 iyun 2025 , 13:39
İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

13 iyun 2025 , 12:09