Laçın rayonundan görüntü
18 may 2021 15:40 (UTC +04:00)

Laçın rayonundan görüntü

“Ay Laçın, can Laçın”, Azad Laçın! – QAN YADDAŞI - VİDEO

1992-ci il mayın 18-də erməni ordusu Laçına hücum edir. Düşmən qüvvələrinin böyük hissəsi rayona Laçın dəhlizindən daxil olur. Həmin ərəfələrdə Bakı gərgindir. Şəhər susmur, paytaxtda təşviş var. Şəhər jurnalist Çingiz Mustafayevin Laçında çəkdiyi kadrlarla çalxalanır.

Laçını, sadəcə, könüllü igidlər qoruyur və bu müdafiənin zəmanəti də həmin igidlərin ömrü qədərdir. Düşmən demək olar ki, boş bir rayonu ələ keçirir. Laçının 28 illik sürgün həyatı belə başlayır...

İşğal nəticəsində yerli əhali etnik təmizlənməyə məruz qalır, rayon 267 nəfər şəhid verir, 66 laçınlı girov götürülür. Yüzlərlə mədəniyyət və təhsil ocağı məhv edilir. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizm qurbanı olur.

Yerli əhali təşviş içindəydi. Yazın ən gözəl çağında, Laçına güllə yağır, qan torpağa qarışırdı. Ayaqyalın çöllüyə üz tutan uşaqlar, üfüqdə qaralan çadırlar... Fəqət bütün bu mənzərə fonunda bir açarlıq ümid də vardı axı. Heç kim vidalaşmırdı Laçınla, gedənlər bir gün dönəcəyinə inanırdı. Yəqin ona görə qapını kilidləyib gedirdilər. Bəlkə həmin inam sayəsində 28 illik sürgün Laçının mənəvi infrastrukturunu dağıda bilməmişdi.

Süni məskunlaşdırma siyasəti erməniləri bağlaya bilməmişdi bu torpağa. Deməli, yadsansa əgər, heç vaxt anlamayacaqsan üzü günəşə sarı ucalan yolların müqəddəsliyini. Ürəkdən bu məmləkətin ruhuna hopmuş musiqiləri hiss edə bilməyəcəksən. Ağoğlan monastırında əl açıb imdad dilədiyin Tanrıdan cavab almayacaqsan. Tanrı da işğalçıları sevmir axı.

Əsası 1924-cü ildə qoyulmuş Laçın rayonunun adının mənası həm də “Şahin” deməkdir. Adam enə bilməyəcəyi dağa dırmaşanda o dağın zirvəsindəki şahinlərə yem olmaq ehtimalı artır. Ermənistanın kapitulyasiya bəyanatını imzaladığı noyabrın 10-dan sonra sandıqlarda paslanan açarlar da sevinir indi, bədməramlı qonşularımızı Laçın dəhlizindən yola saldığımız üçün... Evə qayıtdığımız üçün.

Təbii, düşmənin gedişi şəhid olmuş igidləri geri qaytarmayacaq. “İşğal” kəlməsini alnımızdan həmin şəhidlərin qanı silib. Zəfər qazanmasaydıq əgər, bəlkə bu gün də “Ay Laçın” fəryadına qoşulub hüznlənər, hansısa erməninin kamerasına ilişib qalan Laçın kadrlarına baxar, sonra da pərişan halda evimizə dağılışardıq. Amma bu baş vermədi. Bəli, 2020-ci il, dekabrın 1-də Azərbaycan Milli Ordusu həmin tarixi qətlə yetirərək Laçını həyata qaytardı, bizə bağışladı. İndi bütün Azərbaycan zəfər gününü Məhəbbət Kazımovun “Laçınım” sədaları altında qeyd edir. Doğum günün mübarək, Laçın! Dönüşün qutlu olsun! İndi bu üçrəngli bayrağı sənin qayıtmağının şərəfinə qaldırırıq! Necə deyirdi Ali Baş Komandan?

“Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada - Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm”.

Dönüşün qutlu olsun, Laçın!

Mir Çingiz Ağazadə

APA TV

“Ay Laçın, can Laçın”, Azad Laçın!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4290

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15
Bulvarda kişi dənizə düşdü - VİDEO

Bulvarda kişi dənizə düşdü - VİDEO

13 iyun 2025 , 17:22
Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

13 iyun 2025 , 13:39
İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

13 iyun 2025 , 12:09