Bakıda müəllim şagirdləri DÖYDÜ  - VİDEO
21 yanvar 2023 21:37 (UTC +04:00)

Bakıda müəllim şagirdləri DÖYDÜ - VİDEO

Yanvarın 19-da 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən VI sinif şagirdlərinə qarşı uyğunsuz davranış ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimlə müvafiq söhbət aparılıb.

Lent.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.

Müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını, bu səbəbdən məlum vəziyyətin yarandığını nəzərə çatdırıb. Həmçinin belə halların təkrarlanmayacağını, şagirdlərini sevdiyini, mövzuları izah etmək üçün ancaq tədris prosesinə uyğun üsullardan istifadə edəcəyini bildirib.

Həmin gün valideynlərlə əlaqə saxlanılıb, onlar görüş üçün məktəbə dəvət olunublar. Şagirdlərin məqsədyönlü şəkildə şıltaqlıq edərək dərs prosesini pozması, müvafiq görüntüləri ictimailəşdirərək müəllim nüfuzuna xələl gətirən müzakirələrə səbəb olması onların valideynləri tərəfindən də qətiyyətlə qınanır, məsələnin məktəbdaxili müzakirələr çərçivəsində aydınlaşdırılmasını dəstəklədiklərini bildirirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5529
avatar

Oxşar yazılar