Çəkiliş qrupu  canlı yayımda   maşını qoyub qaçdı -  VİDEO
18 yanvar 2022 21:10 (UTC +04:00)

Çəkiliş qrupu canlı yayımda maşını qoyub qaçdı - VİDEO

Türkiyədə güclü qar səbəbi ilə Bursa və Ankaradakı magistral yollar bağlanılıb. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yolların buz bağlaması səbəbindən “TRT xəbər”in çəkiliş qrupu təhlükə ilə üzləşib. 

Müxbir Emre Yüncü magistral yolda çəkiliş edərkən arxa tərəfdən bir yük maşını sürüşərək idarəetməni itirib. Bu zaman müxbir ilə yanaşı bütün işçilər maşını qoyub qaçıblar. 

Həmin təhlükəli görüntüləri təqdim edirik. 


 

# 3114
avatar

Oxşar yazılar