Daha bir "reket jurnalist" tutuldu - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
27 sentyabr 2021 14:30 (UTC +04:00)

Daha bir "reket jurnalist" tutuldu - ƏMƏLİYYAT ÇƏKİLİŞİ

Abşeronda obyektdən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən saxta jurnalist saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron rayonunda yerləşən ictimai iaşə obyektlərindən birinin sahibi Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək guya obyektdə karantin qaydalarının pozulduğunu və bu barədə reportaj hazırlamamaq üçün ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən Nərmin Hacıyeva obyektin sahibindən 500 manat alan zaman saxlanılaraq Mehdiabad Polis Bölməsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqəsi və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib. 

Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Nərmin Hacıyevanın qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8074

Oxşar yazılar

Naxçıvanda məişət tullantıları poliqonunda zibillər belə utilizasiya olunur -VİDEO

Naxçıvanda məişət tullantıları poliqonunda zibillər belə utilizasiya olunur -VİDEO

3 iyul 2025 , 13:48
Azərbaycanda şişirdilən ev qiymətləri -VİDEO

Azərbaycanda şişirdilən ev qiymətləri -VİDEO

3 iyul 2025 , 13:10
Hava şəraiti arıçıları ziyana salıb -VİDEO

Hava şəraiti arıçıları ziyana salıb -VİDEO

3 iyul 2025 , 12:53
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

3 iyul 2025 , 10:00
Evlənmək istəyirdilər, xəstəlik mane oldu -VİDEO

Evlənmək istəyirdilər, xəstəlik mane oldu -VİDEO

2 iyul 2025 , 10:34
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

2 iyul 2025 , 09:40
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 iyul 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 iyun 2025 , 10:00