Dünyanın ən böyük sel fəlakətləri -  milyonlarla ölü, dağılan şəhərlər - VİDEO
13 avqust 2021 18:00 (UTC +04:00)

Dünyanın ən böyük sel fəlakətləri - milyonlarla ölü, dağılan şəhərlər - VİDEO

Son vaxtlar Türkiyədə və Avropanın bir çox yerlərində baş vermiş güclü yağışlar sel və daşqınlara səbəb olub. Bu fəlakətlər nəticəsində minlərlə insan həyatını itirib. Mütəxəssislər güclü yağışların, daşqınların, sellərin bu qədər çoxalmasına səbəb kimi iqlim dəyişikliyini göstərirlər. Sel fəlakətləri təkcə indi yox, tarix boyu da baş verib. 

Lent.az sizə tarixdə yaşanan ən böyük 10 sel fəlakətini təqdim edir:

1. 1931-ci ildə Çində baş vermiş sel fəlakəti nəticəsində rəsmi məlumata görə,  2 milyon 500 min-dən çox insan həyatını itirib. Ancaq 5 milyondan çox insanın öldüyü ehtimal edilir. Tarixdə bu faciəni “22 böyük sel fəlakəti”  adlandırırlar. 

2. 1971 Vyetnam fəlakəti
Ən az 100 min insan ölüb. Bu faciə Amerikanın 10 il davam edən Vyetnam işğalı zamanı baş verib. Buna görə də ölənlər arasında amerikan əsgərlərin də olduğu bildirilir. 

3. 1949 Guatemala: 40 min insan həlak oldu
Ölkənin tarixində ən güclü və tək sel fəlakəti bu olub. 

4. 1950 Pakistan: 3000 insan həlak olub.  
Pakistan öz tarixi boyu 4 böyük sel fəlakətinin şahidi olub. 6000-dən çox insan həyatını itirib. 

5. 1974 Banqladeş: ən az 29 min ölü 
Banqladeşdə rəsmi qeydlərə görə, indiyə qədər musson yağışları səbəbi ilə 5 böyük sel fəlakəti baş verib.  Ümumilikdə bu fəlakətlərdə 32 mindən çox insan həlak olub. 

6. 1992 Türkiyə: 261 nəfər həlak oldu. 
Türkiyə tarixindən baş vermiş 2 böyük sel faciəsində ümumilikdə 400 adam həyatını itirib. 

7. 1999 Venesuaela: Vargas fəlakəti adlanan bu faciədə 20 mindən çox insan ölüb. 
Bu ilə qədər heç bir fəlakət yaşanmamış Venesuela,  şəhər infrastrukturunun çatışmazlıqlarının da fərqinə varıb. 

8. 2011 Filippin: 2000 ölü
Bundan başqa, Filippində 4 böyük sel fəlakəti də yaşanıb. 

9. 2011 Braziliya: 1000 ölü 
Bundan əlavə, daha 8 böyük sel fəlakəti yaşanan Brazilya, digər faciələrinin öhdəsindən gəlməyi bacarıb. 

10. 2013 Hindistan: 5500-dən ölü
Son 100 ildə 11 sel fəlakəti görən Hindistanda ümumilikdə təxminən 50 min insanın həyatını itirdiyi bildirilir.

Sevinc Fərid

Dünyanın ən böyük sel fəlakətləri.

# 4698
avatar

Oxşar yazılar