Futbolda bu da oldu:   hakim mübahisəli epizodun təkrarına görün harda baxdı? -  VİDEO
18 sentyabr 2022 12:56 (UTC +04:00)

Futbolda bu da oldu: hakim mübahisəli epizodun təkrarına görün harda baxdı? - VİDEO

Hər kəsə VAR lazımdır. Videotəkrar sistemi yüksək liqalarda və Avropa yarışlarında hakimlərə kömək etməyə başladıqdan sonra arbitrajda mübahisəli məsələlər əhəmiyyətli dərəcədə azalıb.

Bəs oyunçuların tez-tez pulsuz oynadığı və VAR sisteminin onlar üçün çox baha olduğu aşağı liqalarda vəziyyət necədir? 

Lent.az xarici mediaya istinadla bildirir ki, deyəsən, cavab Bosniya və Herseqovinada keçirilən yarımhəvəskar turnirlərin birində tapılıb.

Yerli komandalar arasında keçirilən oyunda mübahisəli epizod yaşanıb. Hakim qərar verib, amma məşqçi və komandalardan biri ondan çox narazı qalıb və mübahisə etməyə başlayıblar. Daha sonra hakimə mübahisəli epizodun təkrarına mobil telefonla baxmağı təklif edən azarkeşlər köməyə gəlib.

Sonda arbitr təklifi qəbul edib və kiçik ekranda epizodun təfərrüatlarını uzun müddət nəzərdən keçirdikdən sonra komandalardan birini çox sevindirən qərar verib.

Hakim mübahisəli epizodun təkrarına azarkeşin telefonunda baxdı

# 7263
avatar

Oxşar yazılar