Keçi və xoruz toyuğu belə xilas etdi -  VİDEO
16 sentyabr 2021 14:11 (UTC +04:00)

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib.

Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb.

Videoda Şahin quşunun toyuğa necə hücum etdiyi və onu necə tutduğu görünür. Qurbanın tükləri hər tərəfə uçur. Xoruz dərhal toyuğun köməyinə qaçır. Bruin ləqəbli keçi də mübarizəyə qoşulur. O, Şahin quşunun yanına qaçır və onu qorxutmağa çalışır. Nəhayət, keçi və xoruz toyuğu xilas edir, Şahin quşu isə əliboş havaya qalxır.

Hadisə nəticəsində toyuq yüngül xəsarət alır.

Bitsın dediyinə görə, digər heyvanlar onun tam sağalması üçün ətrafına toplaşıblar.

Hollandiyalı qeyd edib ki, bu, fermada yaşanan ilk dram deyil. Digər keçi və hinduşkalar da onun toyuqlarını yırtıcılardan xilas edib.
 

Keçi və xoruz toyuğu belə xilas etdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7888

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09