Manaf Ağayev
17 fevral 2022 23:53 (UTC +04:00)

Manaf Ağayev

Manaf Ağayev bu VİDEO-ya görə saxlanılıb

Müğənni Manaf Ağayev Füzuli aeroportu yaxınlığında videosu yayıldıqdan sonra saxlanılıb.

Lent.az-ın xəbərinə görə, o, işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaqda təqsirli bilinir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Manaf Ağayevin icazəsiz olaraq işğaldan azad edilmiş ərazilərə keçməsi ilə bağlı video polis əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırmalar nəticəsində fakt təsdiqini tapıb. Müəyyən edilib ki, M.Ağayev işğaldan azad edilən ərazilərə icazəsiz daxil olub. Bununla əlaqədar o saxlanılıb. Hadisəyə hüquqi qiymət veriləcək.

# 4887
avatar

Oxşar yazılar