Ukraynalılara metroda dəstək konserti verdi
21 iyun 2022 17:05 (UTC +04:00)

Ukraynalılara metroda dəstək konserti verdi

Məşhur müğənnidən ukraynalılara metroda dəstək - VİDEO

Ukraynanın çətin vaxtında sənət adamları onu tək qoymamağa çalışırlar. İnsanlara mənəvi dəstək vermək üçün addımlar atan məşhurlar arasında ukraynalı məşhur müğənni Verka Serduçka (Andrey Danilko) da var. 

Lent.az xəbər verir ki, o, Kiyev metrosunun “Azadlıq Meydanı” stansiyasında konsert verib. Sənətçi orada “Hər şey yaxşı olacaq” adlı mahnını oxuyub. 
Onun və komandasının dinamik rəqs görüntüləri sosial şəbəkələrdə olduqca dəstəklənib. İzləyicilər ən azından bu günlərdə ruh yüksəkliyi yaratmağın vacib olduğunu deyiblər. 

Verkanın bu addımını tanınmışlar da alqışlayıb. 

Görüntüləri təqdim edirik:
 

Ukraynalılara metroda dəstək konserti verdi

# 2286
avatar

Nigar Namiq

Oxşar yazılar