Yaralanmış ceyran
10 avqust 2021 14:31 (UTC +04:00)

Yaralanmış ceyran

Milli Parkda ceyranın güllələnməsinə RƏSMİ CAVAB-VİDEO

Sosial şəbəkələrdə Şirvan Milli Parkında ceyranın güllələnməsi iddiası ilə görüntülər paylaşılıb.

Lent.az xəbər verir ki, paylaşılan görüntülərdə bildirilir ki, parkda saxlanılan ceyran qamışlıqda ölü tapılıb. Həmçinin tapılarkən ceyranın ayaqlarının da iplə bağlanıldığı və qamışlığa atıldığı qeyd olunub.

Məsələ ilə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova mediaya açıqlamasında bildirib ki, həmin ceyran Şirvan Milli Parkının əməkdaşları tərəfindən baytar tərəfindən müayinə olunub. Onun sözlərinə görə, ceyrana ilkin yardım göstərilsə də, təəssüf ki, ölüb:  

“Ceyranın bədənindəki güllə yarası deyil. Vəhşi təbiətdə yırtıcı-şikar münasibətləri ekosistemin tarazlığını təmin edir, heyvanların yırtıcı təqibindən müdafiəsi zamanı zədə alması halları baş verir və bu da vəhşi təbiətdə baş verən normal hadisədir.

Populyasiyada itkinin olmaması mümkün deyil, nisbətən zəif fərdlərin xəstəlik, yırtıcı təqibi və s. təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur və bu hadisə ilk dəfə baş verən hadisə deyil. Unutmamalıyıq ki, ceyran həm də milli parkda yaşayan digər yırtıcı heyvanların qidasıdır. Təbiətdə yüz illərlə baş verən təbii prosesləri cəmiyyətdə təşviş obyektinə çevirmək doğru deyil”.

Şirvan Milli parkında ceyran ölüb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10901

Oxşar yazılar

APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

1 avqust 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

31 iyul 2025 , 10:01
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

30 iyul 2025 , 10:00
Bakıda zibil qabları istidən əriyir? - VİDEO

Bakıda zibil qabları istidən əriyir? - VİDEO

29 iyul 2025 , 17:47
Toyu zülmə çevirən adətlər - İMPULS

Toyu zülmə çevirən adətlər - İMPULS

29 iyul 2025 , 17:07
APA TV-də XƏBƏRAPARAN

APA TV-də XƏBƏRAPARAN

28 iyul 2025 , 10:00
Qarabağın 5 rayonunda  YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

Qarabağın 5 rayonunda YANĞIN - 620 personal, 4 helikopter işləyir - YENİLƏNİB

26 iyul 2025 , 13:43
Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

Ağdərədəki yanğınlara helikopterlər cəlb olundu - VİDEO

26 iyul 2025 , 12:09